Mağazadan yağ oğurlayanı döyən direktorla satıcılar saxlanıldılar FOTO


Digərləri 20 Sen 2018 13:28:00 277 0

Mağazadan yağ oğurlayanı döyən direktorla satıcılar saxlanıldılar  FOTO

Bakıda marketdən oğurluq edən şəxsi xuliqanlıq zəminində döyən obyektin icraçı direktoru və satıcıları saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, bir neçə gün əvvəl Xətai rayonu General Şıxlinski küçəsi 2 saylı ünvanda yeləşən marketdən 20 manat dəyərində yağ oğurlayan Timurbulatov Dmitri Vladimiroviç həmin mağazanın işçiləri tərəfindən saxlanılıb. Mağaza rəhbərliyi və satıcılar oğurluq hadisəsi barədə polisə məlumat verməyərək həmin şəxsin bədəninin müxtəlif yerlərinə qəsdən təpik və yumruqla vuraraq xuliqanlıq ediblər. İctimai asayişi pozaraq xuliqanlıq etməkdə şübhəli bilinən mağazanın icraçı direktoru Anar İsayev, satıcılar Tahir Rəşidov və Elşən Məmmədov saxlanılıblar.


Xəbərə aid fotolar