Vergi orqanlarında büdcədənkənar vəsaitdən Kütləvi İnformasiya Vasitələrinə də maliyyə yardımı ayrılacaq


Sosial 20 Sen 2018 13:09:48 333 0

Vergi orqanlarında büdcədənkənar vəsaitdən Kütləvi İnformasiya Vasitələrinə də maliyyə yardımı ayrılacaq

Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb

Vergi orqanlarında büdcədənkənar vəsaitdən Vergilər Nazirliyinin təsisçisi olduğu və ya idarəetməsində olan Kütləvi İnformasiya Vasitələrinə, o cümlədən sahibi olduğu internet informasiya ehtiyatlarına maliyyə yardımı ayrılacaq.

“Report” xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edib. Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Qaydanın 3-cü (Büdcədənkənar vəsaitdən istifadə istiqamətləri) maddəsinə 3.2.7-ci yarımbəndi əlavə edilib.

Əlavəyə əsasən, vergi orqanlarında büdcədənkənar vəsaitindən Vergilər Nazirliyinin təsisçisi olduğu və ya idarəetməsində olan kütləvi informasiya vasitələrinə, o cümlədən sahibi olduğu internet informasiya ehtiyatlarına maliyyə yardımı ayrılacaq.