Tələbəsi ilə sevgili olan müəllim arvadını və 16 yaşlı qızını öldürdü


Dünya 20 Sen 2018 13:00:00 258 0

Tələbəsi ilə sevgili olan müəllim arvadını və 16 yaşlı qızını öldürdü

Honq Konqda arvadını və 16 yaşlı qızını yoqa topuna doldurduğu karbonmonoksit qazıyla zəhərləyərək öldürməkdə təqsirləndirilən anestezioloqa hökm oxunub.

Son.az BBC News-a istinadən xəbər verir ki, malaziyalı həkim  ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Kimin arvadı Wong Siew-fing və qızı Lilynin cəsədləri 2015-ci ildə yol kənarında qapıları kilidli, "Mini Cooper" markalı avtomobildə tapılmışdı. Boşalmış halda tapılan yoqa topunun avtomobilin baqajında gizlədildiyi məlum olmuşdi. 53 yaşlı Khaw Kim-sunun bu topu arvadının maşınına yerləşdirdiyi bildirilirdi.


Xəbərə aid fotolar