Sabahın hava proqnozu açıqlanıb


Sosial 20 Sen 2018 12:52:52 246 0

Sabahın hava proqnozu açıqlanıb

Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir

Sentyabrın 21-nəgözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a daxil olan məlumata görə,Bakıda və Abşeron yarımadasındahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarındahava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi dağlıq rayonlarda duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 21-də Abşeron yarımadasında biometeoroloji amillərin iqlim norması daxilində tərəddüdü gözlənilir ki, bu da meteohessas insanlar üçün əlverişlidir.