Yerevanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir


Dünya 20 Sen 2018 12:54:12 245 0

Yerevanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir

Narazı vətəndaşlar Paşinyanla görüş tələb edirlər

Yerevanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, narazı vətəndaşlar illər əvvəl vəd edilən təzminatların verilməsini və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş tələb edirlər.

Baş nazirin nəzarət xidmətinin məktub və bəyanatların qəbulu idarəsinin rəhbəri Arutyun Gevorkyan aksiya iştirakçılarının qarşısına çıxaraq, onların şikayətlərini dinləyib və sonra bu problemi ilk dəfədir eşitdiyini vurğulayıb.