Qızı “Snapchat”ın canlı efirində zorladılar


Dünya 20 Sen 2018 12:53:00 323 0

Qızı “Snapchat”ın canlı efirində zorladılar

Fransanın cənubunda 19 yaşlı yerli sakinin zorlanması ilə bağlı polis araşdırmalara başlayıb. İlkin məlumatlara görə, cinayətkarlar zorlamanı "Snapchat"da canlı yayımlayıblar. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı BBC məlumat yayıb. 

Fransız polis nümayəndəsinin sözlərinə görə, hadisə Tuluza şəhərində, axşam saatlarında baş verib. 25-30 yaşlarında olan dörd kişi gecə klubunun dayanacağı yaxınlığında qıza hücum ediblər.