"Hər gecə Zəhranı öpürəm ki, birdən səhərə ayılmaram"


Şou-biznes 20 Sen 2018 12:58:00 309 0

"Hər gecə Zəhranı öpürəm ki, birdən səhərə ayılmaram"

ATV-də yayımlanan "Bizimləsən" verilişi əməkdar artist Tünzalə Əliyevaya yardım üçün xeyriyyə marafonuna başlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, xalq artisti Mələkxanım Əyyubova, əməkdar artist Dilarə Əliyeva, aparıcı Mətanət Əliverdiyeva və bir çox tanınmış proqramda aktrisaya yardım edib.

Veriliş zamanı "Toppuş bacı" ləqəbli aktrisanın qızı Zəhra da studiyaya gətirilib. T.Əliyeva ilk dəfə övladının üzünü göstərib. 

"Hər gün gecə yatmazdan əvvəl Zəhranın saçını öpürəm ki, birdən səhərə ayılmaram. Düşünürəm ki, gözümü yumaram, səhər dünyadan köçərəm, Zəhramı görmərəm. Səhər onu görəndə deyirəm ki, şükür Allaha sağam",  - aktrisa göz yaşlarını saxlaya bilməyib.


Xəbərə aid fotolar