Daşkəsəndə qətl törətməkdə şübhəli bilinən şəxs tutulub


Digərləri 20 Sen 2018 12:56:16 252 0

Daşkəsəndə qətl törətməkdə şübhəli bilinən şəxs tutulub

Daşkəsən rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.

Bakı. Daşkəsən rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib. DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 18-də Daşkəsən rayonunun Əhmədli kəndində, rayon sakini Fikrət İsmayılovun evində münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Natiq Quliyevi bıçaqla qətlə yetirərək hadisə yerindən qaçması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.