“Beynəlxalq Dəniz Təşkilatının Konvensiyalarına edilən əlavə və dəyişikliklərin mənimsənilməsinə dair” seminar keçirilib (FOTO)


Digərləri 20 Sen 2018 12:47:00 227 0

“Beynəlxalq Dəniz Təşkilatının Konvensiyalarına edilən əlavə və dəyişikliklərin mənimsənilməsinə dair” seminar keçirilib (FOTO)

Dövlət Dəniz Agentliyində “Beynəlxalq Dəniz Təşkilatının Konvensiyalarına edilən əlavə və dəyişikliklərin mənimsənilməsinə dair” seminar keçirilib.

Bakı. Dövlət Dəniz Agentliyində “Beynəlxalq Dəniz Təşkilatının Konvensiyalarına edilən əlavə və dəyişikliklərin mənimsənilməsinə dair” seminar keçirilib. Agentlikdən Trend- verilən məlumata görə, seminarda “Dənizçilərin hazırlanmasına, onlara diplom verilmısinə və növbə çəkməyə dair”, “Dənizdə insan həyatının qorunması haqqında” və “Dənizin gəmilərdən çirklənməsinin qarşısının alınmasına dair” Beynəlxalq Konvensiyalara edilən əlavə və dəyişiklər haqqında məlumatlar verilib. Dəniz hüququna dair olan tələblər haqqında müzakirələr aparılıb.