"Oğlumu Anjelika öldürdü"


Şou-biznes 20 Sen 2018 12:35:00 304 0

"Oğlumu Anjelika öldürdü"

Oğlumun həyatına zəhər qatıb.

Son.az bildirir ki, ARB TV-nin "Səhər- Səhər" komandası uzun müddətlik həsrətə son qoyub. Belə ki, Anar Nağılbazın atası Rizvan Cəbiyev dünən, nəhayət, nəvələrinə qovuşub. Rizvan Cəbiyev bundan sonra hər zaman nəvələri ilə yan-yana olacağını və əlindən gələn köməyi əsirgəməcəyini dilə gətirib:  "Mən bundan sonra onların arxasındayam. Nəvələrim mənim üçün Anar Nağılbazın ən böyük əsəridir. Anarla bağlı olan hər şey mənim səsimi titrədir, gözlərimi yaşardır. Ona görə məni çox danışdırmayın. Anjelika ilə bizim ulduzumuz barışmaz. O, bizə böyük dağ çəkdi. Anası bu gün də ağlaya-ağlaya deyir ki, Anarı o öldürdü. Birbaşa tapança, bıçaq və ya zəhərlə öldürməsə də həyatına zəhər qatıb öldürdü". 

Son.az 


Xəbərə aid foto