MDB və ŞƏT ölkələrinin Baş prokurorları Düşənbədə terrorizmə qarşı birgə mübarizə məsələsini müzakirə ediblər


Siyasət 20 Sen 2018 12:09:13 327 0

MDB və ŞƏT ölkələrinin Baş prokurorları Düşənbədə terrorizmə qarşı birgə mübarizə məsələsini müzakirə ediblər

Azərbaycan nümayəndə heyətinə baş prokurorun müavini Rüstəm Usubov rəhbərlik edir

Tacikistan Prezidenti Emomali Rəhmon və Müstəqil Dövlət Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin Baş prokurorları Düşənbədə cinayətkarlıq və terrorizmə qarşı birgə mübarizə məsələsini müzakirə ediblər.

Bu barədə "Report" "Khovar" agentliyinə istinadən xəbər verir.

Görüş zamanı cinayətkarlığa, o cümlədən transmilli və mütəşəkkil cinayətkarlığa, terrorizm, radikalizm, ekstremizm kimi müasir təhlükələrə qarşı birgə mübarizə məsələləri, eləcə də qlobal və regional səviyyədə təhlükəsizlik məsələləri müzakirə olunub.

Qeyd edək ki, görüşdə Azərbaycan nümayəndə heyətinə Baş prokurorun müavini Rüstəm Usubov rəhbərlik edir.