Məşhur bacılar arasında dava böyüyür


Digərləri 20 Sen 2018 12:03:00 301 0

Məşhur bacılar arasında dava böyüyür

Türkiyənin pop ulduzu Hadisə və prodüser bacısı Hülya Açıkgöz arasında yaranan gərginlik artmağa başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hər iki şəxs bu dəfə instaqram sosial şəbəkəsində mübahisə ediblər. H.Açıkgöz ötən gün "İntiqamın xoş bir söz olduğunu düşünürsüz?" yazaraq bacısına söz atıb. 

Hadisə isə "İntiqam? Xeyr, çox tənbələm. Oturub işlərin qaydasına düşməsini gözləyəcəm" deyə bildirib. Hülya daha sonra "Sadəcə olaraq, məni izlə. Həyatın sosial mediadan ibarətdir, sən oranın sahibisən. Kədərləndirici bir hekayədir" deyə müğənniyə sərt cavab verib.