Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəldər açıqlandı


İdman 20 Sen 2018 11:53:00 293 0

Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəldər açıqlandı

UEFA Çempionlar Liqasının ilk həftəsinin ən yaxşı futbolçu və qolu üçün namizədləri açıqlayıb.

Goal.az  qurumun rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı oyunçu adına Barcelona-nın hücumçusu Lionel Messi, Liverpool-un yarımmüdafiəçisi Ceyms Miller, Lyon-un forvardı Nabil Fekir və İngiltərə Manchester United-in yarımmüdafiəçisi Pol Poqba namizəd göstərilib.

Digər siyahıda isə Barcelona-nın hücumçusu Usman Dembelenin Hollandiya PSV-sinə (4:0), İtaliya İnter-in forvardı Mauro İkardinin Tottenham-ə (2:1), Real Madrid-in ön xətt oyunçusu Mariano Diasın Roma-ya və Bayern Munchen-in yarımmüdafiəçisi Renatu Sanşeşin Benfica-ya vurduğu qollar yer alıb.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.