Yaqub Mahmudov: ""KitabiDədə Qorqud"dakı bir çox mühüm tarixi hadisələr İrəvan xanlığının ərazisində cərəyan edib" FOTO


Digərləri 20 Sen 2018 11:49:00 402 0

Yaqub Mahmudov: ""KitabiDədə Qorqud"dakı bir çox mühüm tarixi hadisələr İrəvan xanlığının ərazisində cərəyan edib"  FOTO

Erməni vandalları köçürülüb gətirildikləri Azərbaycan torpaqlarından yerli türk-müsəlman əhalini didərgin salmaq üçün onların dini ibadət yerlərini - 300-dən çox məscidi, çoxlu sayda minarələri, türbələri, ziyarət yerlərini və qəbiristanlıqları yerlə yeksan ediblər.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib.

Onun sözlərinə görə, vandallar, ilk növbədə İrəvandakı qədim məscidləri məhv ediblər.

İnstitut direktoru onu da qeyd edib ki, "Kitabi-Dədə Qorqud" dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr İrəvan xanlığının ərazisində cərəyan edib.

Xan sarayının 1578-ci ildə Azərbaycan Səfəvi dövlətinin İrəvan bəylərbəyi Toxmaq xan tərəfindən tikildiyini xatırladan akademik əlavə edib ki, erməni vandalları İrəvan qalasındakı Xan sarayını (Sərdar sarayı) dağıdıb yerində konyak zavodu tikiblər:

"İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara yaşı 200 ildən yuxarı bircə dənə də olsun ermənilərə məxsus tarixi abidə göstərə bilmirlər".


Xəbərə aid fotolar