Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün sentyabrın 22-də sınaq imtahanı keçiriləcək


Digərləri 20 Sen 2018 11:41:00 239 0

Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün sentyabrın 22-də sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olunmaq istəyənlərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə sentyabrın 22-də növbəti sınaq imtahanı keçiriləcək.

Bakı. Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olunmaq istəyənlərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə sentyabrın 22-də növbəti sınaq imtahanı keçiriləcək. DİM-dən Trend-ə verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə saat 10:00-da başlanacaq.