Ronaldonun bacısı: "Bu futbol adına utancdır"


İdman 20 Sen 2018 10:51:00 492 0

Ronaldonun bacısı: "Bu futbol adına utancdır"

Juventus-un hücumçusu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Valencia-ya qarşı keçirilən oyunda meydandan qovulub.

Goal.az xəbər verir ki, Ronaldonun Çempionlar Liqasında aldığı ilk qrımızı vərəqəyə bacısı müğənni Katya Uveryu da biganə qalmayb: "Bu qərar futbol adına utancdır. Ədalət öz yerini tutacaq. Qardaşıma haqsızlıq edirlər, ancaq Allah hər şeyi görür".

Xatırladaq ki,  Ronaldo ev sahiblərinin müdafiəçisi Ceyson Murilyo ilə toqquşmadan sonra əli ilə rəqibin başına toxunub. Matçın baş hakimi onun bu davranışını idmana yaraşmayan hərəkət kimi qiymətləndirib. Oyun Juventus-un qələbəsi ilə yekunlaşıb - 2:0