21 nəfər viskidən zəhərlənərk öldü


Dünya 20 Sen 2018 10:50:00 265 0

21 nəfər viskidən zəhərlənərk öldü

Son bir neçə gündə Malayziyada 21 nəfər zəhərlənmədən dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, onların saxta viskidən zəhərlənərək öldükləri bildirilir.

İlkin analizlərə əsasən, onların qəbul etdikləri spirtli içkinin tərkibində metil spirti aşkar edilib.

Ötən gün "Grand Royal Whisky" növlü içkidən 55 zəhərlənmə halının qeydə alındığı bildirilir. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, həmin şəxslərdən 21 nəfəri ölüb, 14 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.