Təzəpirdə Aşura ilə bağlı 130 nəfər qan verdi FOTO


Digərləri 20 Sen 2018 10:34:00 324 0

Təzəpirdə Aşura ilə bağlı 130 nəfər qan verdi  FOTO

Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyasına başlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, indiyədək Təzəpir məscidində 130 nəfər qanvermə aksiyasında iştirak edərək qan verib. Respublika üzrə qan verən insanların statistikası isə yaxın saatlarda açıqlanacaq.

Qanvermə aksiyası gün ərzində davam etdiriləcək.