Salyanda 5 nəfərin ölümündə təqsirləndirilərək 10 il cəza alan sürücüyə bəraət verildi


Digərləri 20 Sen 2018 10:25:00 247 0

Salyanda 5 nəfərin ölümündə təqsirləndirilərək 10 il cəza alan sürücüyə bəraət verildi

Şirvan Apellyasiya Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilərək həbs edilən sürücü Zakir Əliyevin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.

Bakı. Samir Əli - Şirvan Apellyasiya Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilərək həbs edilən sürücü Zakir Əliyevin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb. Trend-in məlumatına görə, hakim Etibar Camalovun sədrliyi ilə şikayət araşdırılıb və təqsirləndirilən şəxsin günahı sübuta yetirilməyib. Məhkəmənin qərarı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ləğv edilib və təqsirləndirilən şəxs Z.Əliyevə bəraət verilərək məhkəmə zalından azadlığa buraxılıb.