Yeni Samsung Galaxy Note9 smartfonlarının süni intellektli kamerası


Digərləri 20 Sen 2018 10:00:00 335 0

Yeni Samsung Galaxy Note9 smartfonlarının süni intellektli kamerası

Fotoşəkil dövrümüzün fenomeninə, smartfon isə ən vacib anları və yaşadığımız emosiyaları əks etdirən ən vacib vasitəyə çevrilib. Lakin, əldə olunan şəkillərin keyfiyyəti hər zaman arzulanan olmur, belə ki, tələb olunan perspektiv, işıq və rakurslardan bir çoxumuzun anlayışı yoxdur. Bu səbəbdən ideal və müasir smartfonun daim əlimizin altında olması mütləq şərtlərdəndir, belə ki, indi istədiyimiz anda kamera bizimlədir.

Beləliklə, yeni Samsung Galaxy Note9 smartfonunun kamerası ilk başdan sonadək çəkim prosesini tənzimləyərək, sonda sizə ideal təsvirdən zövq almağa imkan yaradır. 12 MP-lik ikili əsas kamera insan gözünün anatomiyası əsasında qurulmuş işləmə prosesinə malikdir.  Dəqiq və təzadlı təsvirlər yaratmaq üçün işıqlandırma şəraitindən asılı olaraq kamera iki rejimdən birinə avtomatik keçid alır: qaranlıqda daha çox işıq toplamaq üçün obyektivi genişləndirir (F1.5), parlaq işıqda isə - kiçildir (F2.4). Həmçinin, kamera "Life focus" rejimi ilə təchiz olunub ki, bu da öz növbəsində ətraf fonu yayaraq, kadrda simaları ön plana çıxarır. Zəif işıqlandırma şəraitində isə kamera bir neçə foto şəkil çəkərək, onları bir aydın təsvirə birləşdirir. 

Yeni Samsung Galaxy Note9-un kamerası smartfon ilə çəkilən foto şəkilləri yeni yüksəkliklərə daşıyan süni intellekt üzərində işləyir. Sizin çəkdiyiniz şəkillər keyfiyyətli və gözəl olduğu halda, sizinlə çəkilən şəkillərin tam əksi olduğu halları müşahidə etmisinizmi? Çox zaman şəkillərdə gözlərimiz bağlı halda və ya obyektivə baxmadan düşürük, və ya təsvir o qədər bulanıq olur ki, özümüzü seçib, tapa bilmirik. Yeni Samsung Galaxy Note9 ilə Flaw Detection funksiyasının sayəsində hətta hərəkət zamanı və "titrəyən əllərlə" çəkilmiş fotoşəkillər mükəmməl olacaq. İndi təsvirdə qusur olarsa, anı itirmədən təkrar şəkil çəkməyiniz üçün smartfon sizi dərhal yaranmış nöqsan barədə xəbərdar edəcək. Şəkil bulanıq olduqda, "gözlərin qırpılmasında", linzada ləkə olduqda və ya arxa fon işıqlandırması təsvir keyfiyyətinə təsir etdikdə müvafiq xəbərdarlıq displeydə əks olunacaq.