Qarabağ Avroliqada ilk qrup oyununa çıxır


İdman 20 Sen 2018 09:53:00 298 0

Qarabağ Avroliqada ilk qrup oyununa çıxır

Bu gün Azərbaycanın UEFA Avropa Liqasındakı yeganə təmsilçisi Qarabağ qrup mərhələsində ilk oyununu keçirəcək.

Goal.az xəbər verir ki, ölkə çempionumuz Portuqaliyada Sporting-in qonağı olacaq. Bu görüş iki ölkə klubunun ilk dueli kimi tarixə düşəcək.

Sporting 2018/2019 avrokubok mövsümündə debüt matçına çıxacaq, mübarizəyə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsindən başlayan Qarabağ isə qrupa düşənə qədər 8 oyun keçirib.

Portuqaliya təmsilçisi turnir Avropa Liqası adlanandan bəri – 2009/2010 mövsümündən daimi iştirakçıya çevrilib. Son 7 yarışa qatılan komanda bunlardan 5-də qrup mərhələsində çıxış edib. Lissabonlular 2011/2012 mövsümündə bütün ev oyunlarında qalib gələrək, yarımfinalçı olublar. 

Sporting Avropa Liqasının qrup mərhələsində yalnız bir dəfə evdə uduzub. 

Qarabağ-ın futbolçusu Simeon Slavçev 2014 - 2018-ci illərdə müqavilə üzrə Sporting-ə məxsus olub. Lakin bolqarıstanlı yarımmüdafiəçi Lissabon təmsilçisinin əsas komandasında oyun keçirməyib və əsasən icarəyə verilib.

Avropa Liqası

Qrup mərhələsi, I tur

23:00. Sporting  (Portuqaliya) - Qarabağ (Azərbaycan)

Hakimlər: Fransua Leteksiye, Siril Münyö, Mehdi Rahmuni, Bertran Juanno, Frank Şnayder və Kərim Abed (hamısı Fransa)

Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)

UEFA nümayəndəsi: Patrik Filipek (Çexiya)

Lissabon "Joze Alvalade" stadionu.