Nəsimi Festivalında şəhər peyzajlarının kreativ incəsənəti təqdim olunacaq FOTO


Digərləri 20 Sen 2018 09:50:00 301 0

Nəsimi Festivalında şəhər peyzajlarının kreativ incəsənəti təqdim olunacaq  FOTO

27-30 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçiriləcək. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

Festivalın proqramı parlaq və maraqlı layihələrlə zəngindir.

Şəhər peyzajlarının kreativ incəsənəti layihənin parlaq hadisələrindən biri olacaq.

Sentyabrın 30-da isə Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında "Açılan divar" ictimai incəsənət layihəsinin təqdimatı olacaq. Layihədə 10-adək yerli və xarici "urban art" (şəhər mühitində incəsənət) rəssamı iştirak edəcək, binanın divarları üzərində öz əsərlərini yaradacaqlar. Bunların arasında ABŞ, Cənubi Afrika, Braziliya, Belçika, İspaniya və Fransa rəssamları olacaq.

Uşaq və yeniyetmələr əsərlərin yaradılması prosesini yaxından müşahidə edib, ustad rəssamların rəhbərliyi ilə rəsmlər çəkəcəklər. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri daha sonra həmin eskizləri binanın divarlarında böyük ölçüdə əks etdirəcəklər.

Son.az xəbər verir kİ, tanınmış rəssamlar Ron Hendriks (Cənubi Afrika) və Filip Bodelok (Fransa) festivalda təqdim olunacaq əsərlər və təəssüratları barədə Trend-ə danışıblar. Maraqlıdır ki, rəssamlar öz əsərlərinə ad vermirlər, bununla da festivalın qonaqlarına urban-art ustalarının fikrini tamamlamaq imkanını yaradırlar.

Urban-art şəhər məkanına, həyatına və mədəniyyətinə aid incəsənət növüdür. Urban-art üslubunda şəhər peyzajlarına xüsusi məhəbbət bəsləyən bir çox müasir rəssam, dizayner və hətta rejissor işləyir. Şəhər heç də ruhu ovsunlayan təbiət gözəlliyi, tarixi məkanlar və landşaftdan az cəzb etmir. Çox vaxt urban-art özündə strit-art və qrafiti elementlərini əks etdirir, bununla da bizi şəhər arxitekturası və şəhər üslübunun tematikası ilə ilhamlandıraraq bir çox vizual incəsənət formalarını ümumiləşdirir.

Ron Hendriks bildirib: "Mən bütün dünyanı səyahət etmişdim, ancaq Azərbaycanda heç vaxt olmamışdım. Bu, fantastik bir ölkədir və burada olmaq mənə xoşdur. Bakı gözəl şəhərdir, burada məni gözəl qarşılayan mehriban insanlar yaşayır".

Rəssam küçə incəsənəti ilə artıq 15 ildir ki məşğuldur və əsəri yaradarkən mandal - dini mahiyyətdə olan sxematik təsvir ideyasını həyata keçirmək qərarına gəlib. Mandal sanskrit dilindən tərcümədə ənənəvi fiqurlar vasitəsi ilə kainat modelini ötürən dairə və yaxud disk deməkdir. Yəni, əslində, bu, "kainat xəritəsi" kimi təqdim olunan mürəkkəb həndəsi rəsm və ya konstruksiyadır.


Xəbərə aid fotolar