Etimad İsmayılovu qətlə yetirən


Kriminal 20 Sen 2018 09:20:00 301 0

Etimad İsmayılovu qətlə yetirən

Azərbaycanlı iş adamı, jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılovu Floryadakı ofisində qətlə yetirən Gözəl Dəmirov İstanbul Təhlükəsizlik və İctimai Asayiş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayətin detalları da məlum olub. Belə ki, keçmiş polis polkovniki və iş adamı Gözəl Dəmirov dünən axşam saatlarında Etimad İsmayılovla onun ofisində görüşüb.

Məlumat üçün bildirək ki, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznesi var. Dəmirovun "Fənərbaxça" klubunun sabiq prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.