Yeni, fərqli messencer yaradılır


Digərləri 20 Sen 2018 08:51:00 284 0

Yeni, fərqli messencer yaradılır

Dünyada ən böyük smartfon istehsalçısı olan "Samsung Electronics" şirkəti "Google" ilə əməkdaşlığa başlayıb. Şirkətlər istifadəçilərin bir-biri ilə ünsiyyət saxlaması üçün nəzərdə tutulmuş proqram təminatı hazırlanması üzrə öz səylərini birləşdiriblər.   "The Investor" nəşri yazır ki, yeni xidmət istifadəçilərə bir-biri ilə ünsiyyət saxlamağa və qrup çatlarında videozənglər etməyə, həmçinin böyük tutumlu faylları yüksək sürətlə ötürməyə imkan verəcək. Yeni proqram təminatının bir neçə mobil tətbiqdən  istifadə etmək zərurətini aradan qaldıracağı və onların funksionallığını birləşdirəcəyi gözlənilir.   Son.az ICTnews-a istinadən bildirir ki, ümumilikdə konsepsiya vahid informasiya mübadiləsi sistemi yaratmaq üçün sözügedən proqram təminatının "Android" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən bütün telefonlara quraşdırılmasını nəzərdə tutur. "Samsung" şirkəti bu proqram təminatını "Galaxy S8" və "Galaxy S8+"-dan başlayaraq yeni telefonlara öncədən quraşdırmağı planlaşdırır.   Yeni layihə SMS-i əvəz etmək üçün 10 il bundan əvvəl işlənib hazırlanmış "RCS" protokolunun geniş yayılmasına imkan yaratmalıdır. Ancaq sözügedən texnologiyadan istifadə "Facebook Messenger", "WhatsApp" və "Apple iMessage" kimi messencerlərin populyarlığına görə məhdudlaşdırılmışdı.