Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” adlı layihənin növbəti konserti keçirilib


Digərləri 20 Sen 2018 08:48:00 303 0

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” adlı layihənin növbəti konserti keçirilib

Sentyabrın 18-də Milli Musiqi Günündə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası "Mədəniyyət" kanalı ilə "Yaradanlar və yaşadanlar" adlı birgə layihəsinin növbəti konserti keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, konsert Xalq artisti, xanəndə, muğam bilicisi Hacıbaba Hüseynova həsr olunub.

Gecədə Xalq artisti Səkinə İsmayılova "Şur-şahnaz" təsnifini, Xalq artisti Teyyub Aslan "Çoban qızı", "Dilbərim" xalq mahnısını, Əməkdar artist Ehtiram Hüseynov "Rast", Şur" təsniflərini ifa ediblər.

İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi ilə "Səadət" instrumental ansamblı müşayiət edib.

Həmçinin konsertin son nömrələrindən biri olan "Durna" xalq mahnısı Teyyub Aslan və Ehtiram Hüseynovun ifasında tamaşaçılara təqdim olunub.