Blokçeyn 1 trilyon dollar gətirəcək


Digərləri 20 Sen 2018 08:25:00 252 0

Blokçeyn 1 trilyon dollar gətirəcək

Dünya İqtisadi Forumu və "Bain & Company" beynəlxalq konsaltinq şirkəti blokçeyn texnologiyasının dünya iqtisadiyyatına təsirinə həsr edilən birgə tədqiqatın nəticələrini təqdim ediblər. Ekspertlərin proqnozlarına görə, texnologiya 2028-ci ilədək ticarətin həcmini qlobal miqyasda 1 trilyon dollar artırmağa imkan verəcək.

Son.az ICTnews-a istinadən bildirir ki, innovasiyalara uzun müddətdir diqqət artırılmasına baxmayaraq ticarət əməliyyatlarının maliyyələşdirilməsi üçün alətlər bazarı hələ də köhnəlmiş texnologiyalara əsaslanır. Köklü dəyişikliklər tranzaksiyaların effektivliyini əhəmiyyətli dərəcədə artıra bilən çoxsaylı blokçeyn təşəbbüsləri sayəsində gözlənilir.

Hesabatda deyilir ki, bölüşdürülmüş reyestr və digər texnoloji innovasiyalar xərclərin azaldılması və sadə istifadənin təmin edilməsi yolu ilə ticarət və tədarük zəncirinin maliyyələşdirilməsi sahəsində böyük irəliləyişlər vəd edir.

Tədqiqat müəlliflərinin qənaətinə görə, blokçeyn ticarət maliyyələşməsinin 1,5 trilyon dollarlıq cari kəsirini aradan qaldırmağa kömək edəcək.