"Florens"in qurbanlarının sayı 37yə çatdı


Dünya 20 Sen 2018 08:28:00 256 0

"Florens"in qurbanlarının sayı 37yə çatdı

ABŞ-da "Florens" adlı qasırğa nəticəsində ölənlərin sayı 37-yə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, daha öncə 34 nəfərin öldüyü bildirilirdi. Qeyd olunur ki, ölənlərdən 27 nəfər Şimali Karolina ştatının payına düşür.

Qeyd edək ki, 4-cü dərəcəli "Florens" qasırğası ABŞ-ın atlantik sahillərinə sentyabrın 14-ü yaxınlaşıb. Hazırda qasırğanın mərkəzində küləyin sürəti saatda 75 kilometri keçmir.