Aclıq beyin xərçənginin müalicə effektini artırır


Digərləri 20 Sen 2018 07:41:00 274 0

Aclıq beyin xərçənginin müalicə effektini artırır

Cənubi Kaliforniya universitetinin alimləri heyrətləndirici bir nəticəyə gəliblər. Məlum olub ki, qısa müddətli aclıq  beyin xərçənginin kimya və radioterapiya vasitəsilə  müalicəsinin effektini artırır. (argumentiru.com)

Qeyd olunan universitetin biologiya və herontologiya üzrə professoru Valter Lonqo və onun həmkarları müəyyən ediblər ki, aclıq insan orqanizminin sağlam hüceyrələrini qoruyur, eyni zamanda xərçəngə tutulmuş hüceyrələr kimyaterapiyaya daha həssas olurlar. Bu ancaq 48 saatdan çox olmayan uzun sürməyən aclığa aid olub, radio və kimya terapiyası ilə bir vaxtda ediləndə heyrət doğuran nəticələr verir.