Azərbaycanda dünyanın ilk arxeoparkı yaradılacaq (ÖZƏL)


Digərləri 20 Sen 2018 07:45:00 263 0

Azərbaycanda dünyanın ilk arxeoparkı yaradılacaq (ÖZƏL)

Dünyada ilk dəfə olaraq, Azərbaycanda kurqanlardan ibarət unikal arxeoparkın yaradılması nəzərdə tutulur.

Bakı. İlhamə İsabalayeva - Dünyada ilk dəfə olaraq, Azərbaycanda kurqanlardan ibarət unikal arxeoparkın yaradılması nəzərdə tutulur. Bu barədə özəl olaraq Trend-ə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımov bildirib. P.Qasımovun sözlərinə görə, arxeoparkın Gəncə şəhəri ətrafında yaradılması planlaşdırılır: “Nəzərdə tutulur ki, kurqanların üst örtüyü götürüldükdən, tədqiq edildikdən sonra üzəri şəffaf, plastik örtüklə örtülsün. Bununla da turistlər qəbir kamerasının forması, tunc dövrünün dəfn adətləri ilə tanış ola bilərlər”.