Neapolda restoran sahibi 13 min avronu turistə qaytarıb


Digərləri 20 Sen 2018 07:16:00 295 0

Neapolda restoran sahibi 13 min avronu turistə qaytarıb

İtaliyanın Neapol şəhərində turist qadın pul kisəsini restoranlardan birində unudub.

Son.az "Report"a istinadən bildirir ki, müəssisə sahibi Enriko Skettinonun sözlərinə görə, qadın onun restoranına uçuşdan öncə nahar etməyə gəlib. Daha sonra turist hesabı verərək gedib. Pul kisəsini restoranda unutduğunu isə o, yalnız uçuş zamanı xatırlayıb.

Səyahətçi "Facebook" vasitəsi ilə Enriko Skettinodan içərisində 500 avro olan çantasını tapmağı xahiş edib. Qadınla yazışmadan sonra o, restorana gedib və çantanı turistin nahar etdiyi stulun yanında aşkar edib.