Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” adlı layihənin növbəti konserti keçirilib


Digərləri 20 Sen 2018 04:23:00 233 0

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” adlı layihənin növbəti konserti keçirilib

Konsert Xalq artisti, xanəndə, muğam bilicisi Hacıbaba Hüseynova həsr olunub.

Bakı. Sentyabrın 18-də Milli Musiqi Günündə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası «Mədəniyyət” kanalı ilə “Yaradanlar və yaşadanlar” adlı birgə layihəsinin növbəti konserti keçirilib. Trend-in məlumatına görə, konsert Xalq artisti, xanəndə, muğam bilicisi Hacıbaba Hüseynova həsr olunub. Gecədə Xalq artisti Səkinə İsmayılova “Şur-şahnaz” təsnifini, Xalq artisti Teyyub Aslan “Çoban qızı”, “Dilbərim” xalq mahnısını, Əməkdar artist Ehtiram Hüseynov “Rast”, Şur” təsniflərini ifa ediblər. İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi ilə “Səadət” instrumental ansamblı müşayiət edib.