Qlobal fəlakət qaçılmaz oldu


Digərləri 19 Sen 2018 23:54:00 283 0

Qlobal fəlakət qaçılmaz oldu

Avstriya, Böyük Britaniya, Almaniya və İsveçrədən olan alimlər qrupu belə nəticəyə gəliblər ki, permafrostun əriməsi və bununla əlaqədar karbon tullantılarının artması karbondioksidin emissiya büdcəsini sıfıra endirib. Nəticədə, istixana qazlarının artması qlobal fəlakəti qaçılmaz edib. 

Son.az oxu.az-a istinadən bildirir ki, alimlərin fikirlərini "Nature Geoscience" jurnalı yayımlayıb. 

Karbondioksid qazının emissiya büdcəsi icazə verilən miqdarda karbon dioksiddən ibarətdir ki, bu da qlobal istiləşmənin səviyyəsini müəyyən etməyə imkan verir.