Götürmədiyi kreditə görə təqaüdündən pul tutulur Bankda MÜƏMMA VİDEO


Digərləri 19 Sen 2018 23:58:00 280 0

Götürmədiyi kreditə görə təqaüdündən pul tutulur  Bankda MÜƏMMA  VİDEO

Gədəbəy sakini bankdan götürmədiyi kreditə görə məhkəməyə verilib.

Son.az bildirir ki, Gədəbəy rayonunun Qaradağ kənd sakini Oruc Əsgərov iddia edir ki, 2014-cü ildən indiyə kimi onun təqaüdündən pul çıxılır. Vətəndaşın sözlərinə görə, kredit götürmək üçün sənədləşdirmə aparıldıqdan sonra, bank əməkdaşları növbənin çox olduğu üçün ona pulu 3 aydan sonra gəlib götürməsini deyiblər.

Oruc Əsgərov deyilən vaxtda da 2500 manat məbləğində krediti ala bilməyib. Sonradan məlum olub ki, onun adına krediti başqa bir şəxs götürüb. Həmin adam cəmi 200 manat pul ödəyib. Digər ödənişlər isə Oruc Əsgərovun təqaüdündən çıxılıb və üstəlik məhkəməyə verilib.

Oruc Əsgərov bankdan görüntüləri tələb etsə də videonun silindiyi deyilib.