Banklar ucuz alıb, baha qiymətə kredit verirlər VİDEO


Digərləri 19 Sen 2018 23:49:00 220 0

Banklar ucuz alıb, baha qiymətə kredit verirlər  VİDEO

Banklar əmanəti aşağı faizlə qəbul edir, ancaq iki dəfədən çox yüksək faizlə vətəndaşlara kredit verirlər. Bu isə problemli kreditlərin artmasına səbəb olur.

Bundan başqa, vətəndaşların aşağı faizlə kredit imkanlarına çıxış əldə etməsinə də maneçilik yaradır.

Son.az bildirir ki, hazırda qorunan manat əmanətlərində faiz dərəcəsi 15, dollar əmanətlərində isə 7 faizdir. Əmanətlərdə faiz dərəcəsi belə olsa da kredit faizlərində bu rəqəm ən aşağı 29 faiz təşkil edir. Hətta bank olmayan kredit təşkilatlarının təklif etdiyi kreditlərdə faiz dərəcəsi 37 faizə yüksəlir.

Banklar Assosiasiyasının ekspert qrupunun sədri Anar Kərimov bildirir ki, bank faizlərinin yüksək olmasının bir sıra səbəbləri var. Bunlardan ən əsası isə kredit üçün qoyulan girovların pula çevrilməsində ciddi problemlərin olmasıdır.