Nə üçün səhər yeməyi bu qədər vacibdir?


Digərləri 19 Sen 2018 23:37:00 584 0

Nə üçün səhər yeməyi bu qədər vacibdir?

Alimlər səhər yeməyinin vacibliyini xüsusi vurğulayırlar.

Son.az saglamolun.az-a istinadən bildirir ki, həkimlər və dietoloqlar ortaq bir fikirlə qənaətə gəliblər ki, səhər yeməyindən heç bir halda imtina etmək olmaz, çünki səhər yeməyi orqanizmə çox xeyirlidir. Elə atalarımız da səhər yeməyinin insan orqanizmi üçün faydalı olduğunu tövsiyə edib: "Səhər yeməyini bərkit, günortanı ləngit, axşamı isə tərgit".

Bütün bunlara rəğmən bir çoxları səhər qida qəbulundan imtina edirlər. Bunun müxtəlif səbəbləri var. Başlıca səbəblərdən biri iştahasızlıqdır ki, bu zaman insan balaca bir tikəni belə udmağa özünü məcbur edə bilmir. Bəziləri hətta səhər hiss olunan ürək bulantılarından da şikayət edirlər. Bu da insanı yemək fikrindən daşındırır.

Mütəxəssislərin fikrincə, iştahasızlıqla yanaşı ürək bulantıları varsa, həkim müayinəsindən keçmək mütləqdir. Bu simptomlar qastrit, öd kisəsi problemləri kimi bir sıra mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər. Belə olduqda terapevt və ya qastroenteroloq və USM müayinələrindən keçmək, eləcə də qanın bio-kimyəvi tərkibini yoxlamaq lazımdır. Ürək bulantılarının ağızda acı tamla müşahidə edilməsi öd kisəsi, turşuluq, yanma hissi isə mədə problemlərinə işarədir.

Bu səbəblərdən biri də gecə ödün və ya mədə şirəsinin mədəyə və ya qida borusuna axması ilə bağlı ola bilər.