Alimlər: "Proksima b planeti həyat üçün əlverişlidir"


Digərləri 19 Sen 2018 23:18:00 324 0

Alimlər: "Proksima b planeti həyat üçün əlverişlidir"

Proksima Sentavrın orbitindəki Proksima b planeti Yerə oxşayır.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, NASA alimlərinin fikrinə əsasən, bu planet həyat üçün əlverişlidir.

Alimlərin hesablamaları göstərir ki, planetin həyat üçün şərtləri qoruyub saxlamasına aid ən azı bir neçə senari var. Məsələn, əvvəllər planetdə su çox olub. Əgər Proksima b rütubətin 90%-ini itirsə də, böyük bir okeana kifayət edəcək qədər su ehtiyatı var.

Bundan başqa əvvəllər planet hidrogen buludları ilə əhatələnib və bu bulud gənc ulduzların ildırım zərbələrini üzərinə çəkərək buxarlanıb və atmosferi həyat üçün əlverişli edib.