Azərbaycanda iki bacıdan örnək addım VİDEO


Digərləri 19 Sen 2018 22:53:00 269 0

Azərbaycanda iki bacıdan örnək addım  VİDEO

Xaçmazda iki bacı hər kəsə örnək olacaq addım atıb.

Son.az bildirir ki, Xaçmazda yaşayan Nailə və Hava Rüstəmli bacıları küçə itləri üçün sığınacaq qurublar. Hava Rüstəmli hələ uşaq yaşlarından heyvanlara sevgi və qayğı göstərdiyini, sığınacaq qurmaq arzusunun da o vaxtdan yarandığını deyir.

Rayonun Yergüc kəndində yerləşən sığınacaqda 100-dək it bəslənilir. İki ilə yaxındır ki, fəaliyyət göstərən bu məkan təkcə Xaçmazdakı yox, qonşu rayonlarda olan sahibsiz itlər üçün də nəzərdə tutulub. Əvvəllər köhnə fermanı icarəyə götürən könüllülər indi daha uyğun bir yerə köçüblər. Sığınacaqdakı itlərin əksəriyyəti bura ölümcül vəziyyətdə gətirilib və müalicə olunub.

Əvvəlcə valideynlərinin etirazı ilə qarşılaşan sığınacaq sahibləri bu təşəbbüslərindən əl çəkməyiblər. İndi isə onların valideynləri də bu sığınacağa gələrək itlərə qayğı göstərir. Könüllülərin dəstəyi ilə sığınacağa iki işçi də təyin olunub. Buradakı itlərə vaxtlı-vaxtında peyvəndlər vurulur, gündəlik olaraq normal qidalanmasına diqqət yetirilir.