“Vicdan haqqı"nın Kamili bu dəfə tam fərqli obrazda


Digərləri 19 Sen 2018 22:41:00 322 0

“Vicdan haqqı"nın Kamili bu dəfə tam fərqli obrazda

ATV kanalında üç mövsüm yayımlanan "Vicdan haqqı" serialının Kamili, əməkdar artist Elxan Yunis yeni ekran işi ilə tamaşaçılar qarşısına çıxmağa hazırlaşır. 

Son.az xəbər verir ki, bu barədə axşam.az-a danışan sənətçi uzun müddətdir müxtəlif serial və filmlərdən təkliflər gəldiyini, ancaq qərar verməkdə tələsmədiyini bildirib. 

Bunun səbəbi isə aktyorun özünü komediya janrında sınamaq istəməsi olub: 

"Bildiyiniz kimi, "Vicdan haqqı" serialı dram janrında idi. Tamaşaçılar da məni demək olar ki, ancaq dram janrında görüblər. Bu dəfə isə həm onlar məni başqa obrazda görsün, həm də özümə maraqlıdır deyə komediyada çəkilmək istədim. Bununla bağlı təklif aldım. "Xəzər TV"nin yeni layihəsidir. Komediya serialıdır. Hələ ki, adını açıqlamayaq. Amma demək istəyirəm ki, artıq razılıq vermişəm. Oktyabrın 8-dən etibarən çəkilişlərimiz başlayır. Düşünürəm ki, uğurlu bir layihə olacaq".

E.Yunis komik seriala çəkilmək qərarını belə əsaslandırıb: