Mahathir Məhəmməd ölkədə AESin tikintisinin əleyhinə çıxıb


Dünya 19 Sen 2018 22:35:00 283 0

Mahathir Məhəmməd ölkədə AESin tikintisinin əleyhinə çıxıb

Malayziyanın Baş naziri Mahathir Məhəmməd təhlükəsizlik amilini əsas gətirərək, ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisinin əleyhinə olduğunu bildirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Baş nazirin bu barədə bəyanatını "The Star" nəşri yayıb.

Baş nazir qeyd edib ki, AES-dən istifadənin mənfi təcrübəsi Çernobılda və Yaponiyada özünü göstərib, yaranan problemlər hələ də aradan qaldırılmayıb. Bəyan edib ki, o, əvvəllər də hökumət başçısı olarkən (1981-2003-cü illər) AES-lərin tikintisinə qarşı çıxıb. "Nə qədər ki, mən hakimiyyətdəyəm biz atomdan istifadə etməyəcəyik", - deyə Mahathir Məhəmməd vurğulayıb.