Dünyada hər 5 saniyədə 1 uşaq ölür BMT


Dünya 19 Sen 2018 22:23:00 266 0

Dünyada hər 5 saniyədə 1 uşaq ölür  BMT

BMT-nin hesablamasına əsasən ötən il dünyada 6,3 milyon uşaq ölüb. Bu, hər 5 saniyədə 1 uşağın ölümü deməkdir

Son.az "report"-a istinadən bildirir ki, onlar 15 yaşına çatmayanlardır. Ölüm halları əsasən su çatışmazlığı, antisanitariya, tibbi yardımın olmaması və qida çatışmazlığı üzündən baş verir.

Ölən uşaqların böyük əksəriyyəti - 5,4 milyon nəfəri 5 yaşına çatmadan dünyalarını dəyişiblər. Onların yarısı yenicə doğulan körpələrdir.