Dağıdıcı fəlakətin gözlənilməz əlamətləri aşkarlanıb


Digərləri 19 Sen 2018 22:26:00 321 0

Dağıdıcı fəlakətin gözlənilməz əlamətləri aşkarlanıb

Britaniya Geoloji Xidmətinin və Şotlandiyanın Dandi Universitetinin alimləri 1,5 min il əvvəl Şetland adasını dağıdan nəhəng dalğanın izlərini aşkarlayıblar. 

Son.az oxu.az-a istinadən bildirir ki, bu günədək tarixi sunamilərlə bağlı yalnız bir fakt müəyyən idi. Bu hadisə Norveç sahillərində səkkiz min il əvvəl baş vermişdi. Sualtı sunami zamanı 20 metrlik dalğa Britaniya adasının 80 kilometrliyinədək irəliləmişdi. 

Yeni işdə isə alimlər Şetland adasının müxtəlif yerlərindəki dağ süxurlarını analiz ediblər. Araşdırmalar zamanı aşkar edilən qumun nəhəng dalğa nəticəsində bu ərazilərə gəldiyi müəyyən edilib.