"Boşanmış qadın da yenidən ailə həyatı qurub, xoşbəxt ola bilər" FOTO


Kriminal 19 Sen 2018 22:11:00 1572 0

"Boşanmış qadın da yenidən ailə həyatı qurub, xoşbəxt ola bilər"  FOTO

Hansısa bir qadının həyatda bəxti gətirməyibsə, bu, o demək deyil ki, həyat onun üçün tamamilə dayanıb. O, yenidən ailə həyatı qurub, xoşbəxt ola bilər.

Bu sözləri Son.az-a açıqlamasında rejissor Qulu Əsgərov deyib. Belə ki, rejissorun hal-hazırda çəkdiyi "Könül yarası" serialı da məhz elə bu mövzudadır. Rejissor deyir ki, ekran işi tragik ailə-məişət dramıdır:

"Bu serial digər seriallardan aktyor seçimi, çəkilişi və mövuzusu ilə fərqlənəcək. Ekran işinin mövzusu gənc bir oğlanın özündən 12 yaş böyük qadını sevməsidir. Serialda saf sevgidən söhbət gedir. Boşanmış xanım da, həyatda bəxti gətirməyən xanım da yenidən ailə həyatı qura bilər. Biz də serialda bu mövzunu tərənnüm edirik. Ekran işində baş rollarda Fidan Axundova və İbrahim Çingiz çəkilir".


Xəbərə aid fotolar