Pulu və sənədləri oğurlanıb ANBAAN GÖRÜNTÜLƏR VİDEO


Kriminal 19 Sen 2018 22:14:00 322 0

Pulu və sənədləri oğurlanıb  ANBAAN GÖRÜNTÜLƏR  VİDEO

Şəmkirdəki marketlərdən birində Ukrayna vətəndaşına məxsus içərisində pul və sənədlər olan pulqabı oğurlanıb.

Son.az bildirir ki, oğurluq hadisəsi mağazadakı müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb. Sənədləri oğurlanan həmin qadının vətəndaşı olduğu ölkəyə qayıtması üçün verilən müddət isə azalır.

Oğurluq hadisəsi bir neçə gün əvvəl Şəmkirdə törədilib. Əslən Gədəbəyin Xarxar kəndindən olan Ukrayna vətəndaşı Aygünə Musayeva Şəmkirdəki mağazalardan birində paltarlara baxarkən əl çantasından pulqabı götürülüb. Oğurluq hadisəsi mağazadakı müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb.

Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.