Azərbaycanlı aktrisa illər sonra sükutu pozub, göz yaşı tökdü: "Bu mənim alın yazımdır" FOTO


Kriminal 19 Sen 2018 22:17:00 535 0

Azərbaycanlı aktrisa illər sonra sükutu pozub, göz yaşı tökdü: "Bu mənim alın yazımdır"  FOTO

"Desəm ki, heç kim üçün darıxmamışam yalan olar. Mən aktrisayam, aktrisa isə səhnədə, sənətdə olmalıdır" - bu sözləri Son.az-a bir zamanların ən məşhur aktrisası Sevil Abbasova deyib.

Hazırda mədəniyyət evində uşaqlarla çalışan aktrisa saytımıza maraqlı etiraflar edib:

"Mən bütün ömrümü, sənətimi anama qurban etdim. Hazırda həm ona baxıram, həm də mədəniyyət evində çalışıram. Sözün düzü anam başımı o qədər qatıb ki, heç nəyi və heç kimi fikirləşmirəm. Bircə tamaşaçılardan başqa... (ağlayır). Sözün əsl mənasında tamaşaçılarım üçün burnumun ucu göynəyir. Oynadığım obrazları, tamaşaları yadıma salıb, o günlərin həsrətini çəkirəm. Demək ki, mənim də alın yazım belə olmalı imiş", - deyə aktrisa bildirib.


Xəbərə aid fotolar