Hande Erçel Murad Dalkılıçdan ayrılmasının SƏBƏBİNİ AÇDI FOTO


Digərləri 19 Sen 2018 22:05:00 349 0

Hande Erçel Murad Dalkılıçdan ayrılmasının SƏBƏBİNİ AÇDI  FOTO

Müğənni Murad Dalkılıçla aktrisa Hande Erçel şəxsi həyatlarının son günlərdə tez-tez müzakirəyə çıxarılmasına etiraz edib.

Son.az xəbər verir ki, aktrisa instaqramda Murad Dalkılıçdan ayrılması ilə bağlı açıqlama verib:

"Həyatımın ən çətin günlərində haqqımda çıxan xəbərlərlə bağlı açıqlama vermək ən son istədiyim şeydir, amma hər gün yeni bir xəbərlə gündəm olmaq mənə çox pis təsir edir. Odur ki, özümü bu açıqlamanı vermək məcburiyyətində hiss edirəm.

Ağır mərhələdən keçirik və bu yolda yalnız ailəmlə olmaq istəyirəm. İddiaların əksinə olaraq münasibətimi bitirmək qərarı verməyimin tək səbəbi budur. Tək diqqətim anamdır və biz bu pis günləri tezliklə geridə qoyacağıq. Bu dövrdə hər kəsdən həssas davranmağı xahiş edirəm".


Xəbərə aid fotolar