Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib


Siyasət 19 Sen 2018 21:39:00 289 0

Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib

Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Səncari Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 19-da ölkəmizə səfərə gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Məhəmməd Sadiq Səncarini Milli Məclis sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.