Adlarını dəyişərək dələduzluq edən şəxslər tutulub VİDEO FOTO


Kriminal 19 Sen 2018 21:24:00 274 0

Adlarını dəyişərək dələduzluq edən şəxslər tutulub  VİDEO  FOTO

Adlarını dəyişərək dələduzluq edən şəxslər tutulub.

Son.az bildirir ki, Bakı şəhər sakini Çərkəz Həsənov Nərimanov rayon 18-ci polis şöbəsinə müraciət edərək bir müddət əvvəl Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində Nizami və Fərid adlı şəxslərlə tanış olduğunu və həmin şəxslər tərəfindən 2 min 400 dollar pulun mənimsənildiyini deyib.

Polis əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Cəlilabad rayon sakini Taleh Həşimov və Biləsuvar rayon sakini Röyal Həsənov saxlanılıblar. Araşdırma zamanı həmin şəxslərin zərərçəkəni Rusiya Federasiyasına geyim əşyaları göndərməkdə ona köməklik göstərəcəkləri adı altında aldadaraq metronun Nərimanov stansiyasının yaxınlığında qeyd edilən miqdarda pulu dələduzluq yolu ilə əldə etdikləri məlum olub.

Taleh Həşimov və Röyal Həsənov ifadələrində daha iki nəfəri eyni üsulla aldadaraq pullarını ələ keçirdiklərini bildiriblər.


Xəbərə aid foto