Ən çox gəlir qazanan telefon istehsalçıları açıqlandı


Digərləri 19 Sen 2018 21:08:00 246 0

Ən çox gəlir qazanan telefon istehsalçıları açıqlandı

"Counterpoint" şirkəti 2018-ci ilin ikinci rübü üçün smartfon istehsalçılarının gəlirlərinə həsr edilən hesabat dərc edib.

Son.az ICTnews-a istinadən xəbər verir ki, ötən il olduğu kimi, "Apple" şirkəti dünya smartfonlar bazarının lideri olub. Belə ki, ümumi gəlirin 62 faizi ABŞ istehsalçısının payına düşür.

İkinci yerdə 17 faiz paya malik "Samsung" şirkəti qərarlaşıb. Maraqlıdır ki, satılmış smartfonların sayına (ədəd) görə "Samsung" "Apple" şirkətini üstələyir. Lakin, gəlir baxımından "Apple" ilk yeri tutub.