Bakıda metroda texniki nasazlıq yaranıb


Digərləri 19 Sen 2018 20:40:00 242 0

Bakıda metroda texniki nasazlıq yaranıb

Bakıda metroda qatarda texniki nasazlıq yaranıb.

Bakı. Samir Əli - Bakıda metroda qatarda texniki nasazlıq yaranıb. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə verdiyi məlumata görə, hadisə bu gün saat 19:30 radələrində metronun "28 May" stansiyasında baş verib. "İçəri Şəhər"-" Həzi Aslanov" marşrutu üzrə hərəkətdə olan qatar "28 May" stansiyasına daxil olarkən texniki problem yaranıb. Maşinist qatarda vəziyyəti qiymətləndirmək üçün stansiyada 7 dəqiqə gözləməli olub. Nəticədə arxadan gələn "Dərnəgül"-"Həzi Aslanov" istiqamətində hərəkətdə olan qatar "Nizami" stansiyası ilə "28 May" stansiyası arasındakı tuneldə 3 dəqiqə gözləməli olub.