Bakıda qatar tuneldə qaldı


Digərləri 19 Sen 2018 20:26:00 256 0

Bakıda qatar tuneldə qaldı

Təxminən 1 saat öncə "Nizami" stansiyasından üzü "28 May" istiqamətində hərəkətdə olan qatar tuneldə qalıb.

Sərnişinlərin Son.az-a verdiyi xəbərə görə, sərnişinlə dolu qatar 20 dəqiqəyə yaxın tuneldə dayanmalı olub.

Bu hadisə sərnişinlər arasında çaxnaşmaya səbəb olub. "28 May" stansiyasında sərnişinlərin əksəriyyəti qorxduqları üçün məcburiyyətdən qatardan enməli olublar.

Qatarın tuneldə qalma səbəbi hələlik məlum deyil. 

Məhəmməd Vaqif Son.az